Rusiya Baş Qərargahının polkovniki rüşvət olaraq paltaryuyan maşın aldığı üçün işdən qovulub.
Hafta.az-ın "Kommersant"a istinadən yazdığına görə, polkovnik İvan Mertvişev Moskvanın Ramenki rayonunda Ukrayna müharibəsinə göndəriləcək əsgərlərin əməliyyatlarının aparıldığı hərbi şöbədə çalışan zabitdən rüşvət alması səbəbilə təqsirli bilinib.
Məhkəmə protokollarına görə, Mertvişev noyabrda Ramenkidəki hərbi çağırış məntəqəsində işləyən naməlum məmurdan rüşvət kimi paltaryuyan maşın tələb edib. Polkovnik, paltaryuyanı almadığı təqdirdə onun işinə pis qiymət verəcəyi ilə hədələyib. Buna görə də zabit onu hədələyən polkovnik üçün 70 min rubl dəyərində "Bosch" markalı paltaryuyan maşın alıb.
Bunu eşidən həmin şöbədə çalışan naməlum şəxslər Mertvişev barəsində daxili təhlükəsizlik qurumu olan Federal Təhlükəsizlik Xidmətinə şikayət edib. Nəticədə FSB Mertvişşevi noyabrda Moskvadakı evinin yaxınlığında yaxalayıb.
İlk məhkəmə prosesində həbs qətimkan tədbiri seçilən Mertvişev sonradan törətdiyi cinayəti etiraf edib. Son iclasda məhkəmə polkovniki 400 min Rusiya rublu məbləğində cərimələyib və iki il müddətinə işdən kənarlaşdırıb.